EN

“Həkimlərin vurduğu iynədən öldü” iddiası – TƏBİB-dən cavab

TƏBİB Sumqayıt şəhərində qəfil ölən şəxs barədə məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, təcili tibbi yardım briqadası 1983-cü il təvvəllüdlü şəxsə kəskin koronar sindrom, kardiogen şok diaqnozu qoyub və ilkin tibbi yardımın həyata keçirilməsinə baxmayaraq, həkim yanında ölüm qeydə alınıb.

Xatırlada ki, bu gün Sumqayıt şəhərində Akif Baxşıyev qəfil dünyasını dəyişib. Marqarita pizza

Hadisə şəhərin 41 "A" məhəlləsində baş verib.

A.Baxşıyev gecə saatlarında özünü pis hiss edərək mədə ağrılarından şikayətlənib. Ailə üzvləri onun vəziyyətinin pisləşdiyini görərək təcili tibbi yardıma müraciət ediblər.

Yaxınlarının iddiasına görə, A.Baxşıyev həkimlər iynə vurulduqdan az sonra ölüb.


Telegram kanalımız
Chosen
53
4
yenisabah.az

8Sources