AZ

Sumqayıtda təcili yardım həkimlərinin iynə vurduğu kişi ÖLDÜ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Sumqayıtda 43 yaşlı kişinin ölməsi ilə bağlı məlumat yayıb.

Qurumdan Bizim.Media-ya verilən məlumatda bildirilir ki, oktyabrın 21-də saat 00:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri ərazisindən təcili çağırış daxil olub.

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1983-cü il təvvəllüdlü (kişi cinsli) şəxsə kəskin koronar sindrom, kardiogen şok diaqnozu qoyulub və ilkin tibbi yardımın həyata keçirilməsinə baxmayaraq, həkim yanında ölüm qeydə alınıb.

Bizim.Media

Seçilən
65
1
bizim.media

8Mənbələr