EN

Əliyev qonşu ölkədə gündəmi dəyişdirdi

BAKI, 21 oktyabr. TELEQRAF

“Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması və ilk belə tranzit yükü olan Qazaxıstan taxılının Ermənistana daşınmasına başlanılması Baş nazir Nikol Paşinyanın ölkəsi daxilində mövqelərini gücləndirəcək”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, bu, Azərbaycanın da maraqlarına uyğundur.

“Nikol Paşinyan gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşır. O, erməni cəmiyyətinə Azərbaycanla sülhün vacibliyini təlqin edərkən, radikallar, o cümlədən kilsə bunun əleyhinə çıxır. Yüklərin Azərbaycan üzərindən daşınmağa başlaması Paşinyanın tərəfdarlarının sayını artırmalıdır.

Təsadüfi deyil ki, erməni rəsmilər bir ağızdan Azərbaycan Prezidenti İlham Əliyevin qərarını alqışlayıblar. Paşinyana qarşı radikal mövqedə olanların arqumenti zəiflədi. Onlar deyə bilməzlər ki, Azərbaycan üzərindən tranzit yükləri qəbul etməyin”, - Elxan Şahinoğlu vurğulayıb.

Chosen
86
teleqraf.com

1Sources