EN

Türkiyə Putinlə bağlı xəbəri təkzib etdi

BAKI, 21 oktyabr. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Türkiyə hava məkanı vasitəsilə Budapeştə gedəcəyi ilə bağlı xəbərləri təkzib edib.

Teleqraf xəbər verir ki, Türkiyə XİN-dəki mənbə TASS-a açıqlamasında bu cür şayiələri saxta adlandırıb.

“Türkiyə Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin marşrutunu niyə dərc etsin? Bu, yalan məlumatdır”, - türk diplomat “AirLive” portalının iddiasını şərh edərkən deyib.

“AirLive” bundan əvvəl iddia etmişdi ki, Putinin təyyarəsi Türkiyə, eləcə də Yunanıstan, Albaniya, Monteneqro və Serbiyadakı hava dəhlizlərindən istifadə edərək ABŞ Prezidenti Donald Trampla görüşəcəyi Macarıstanın paytaxtı Budapeştə uçacaq.

Chosen
87
3
teleqraf.com

4Sources