Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Rusiya Prezidenti Vladimir Putinin Türkiyə hava məkanı vasitəsilə Budapeştə gedəcəyi ilə bağlı xəbərləri təkzib edib.
Yenisabah.az xəbər verir ki, Türkiyə XİN-dəki mənbə TASS-a açıqlamasında bu cür şayiələri dezinformasiya adlandırıb.
“Türkiyə Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin marşrutunu niyə dərc etməlidir? Bu, yalan məlumatdır”, - türk diplomat “AirLive” portalının iddiasını şərh edərkən deyib. Dominos pizza
“AirLive” bundan əvvəl iddia etmişdi ki, Vladimir Putinin təyyarəsi Türkiyə, Yunanıstan, Albaniya, Monteneqro və Serbiyanın hava dəhlizlərindən istifadə edərək ABŞ Prezidenti Donald Trampla görüşəcəyi Macarıstanın paytaxtı Budapeştə uçacaq./Teleqraf
Telegram kanalımız