EN

Şəkidəki qəzada 2 nəfər xəsarət alıb

Xəbər verdiyimiz kimi Şəkidə axşam saatlarında baş verən qəzada 3 nəfər həlak olub.

Şəki Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata əsasən yol-nəqliyyat hadisəsindən sonra Xəstəxananın Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
 

Hazırda onların müvafiq şöbələrdə müalicəsi davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi

Chosen
73
1
bizim.media

2Sources