EN

Məktəb ərazisindəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA

ain.az bildirir, Bizim media portalına istinadən.

Təhsil müəssisəsində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil idarəsi məlumat yayıb.

 

Bildirilib ki, axşam saatlarında valideyn tərəfindən göndərilmiş fotoda məktəbin yandığı təsvir olunub. Məktəb rəhbərliyi tərəfindən binaya baxış keçirilib və məlumatın yanlış olduğu aşkarlanıb.

Məktəbin həyətyanı ərazisindəki ağac qırıntılarının yandırıldığı məlum olub.Lakin yoxlama aparılana qədər Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə (112) məlumat verildiyindən aidiyyəti orqanlar məktəbə gəlib.Ərazidəki ağac qırıntılarının yanması söndürülüb, binaya və digər infrastruktura heç bir ziyan dəyməyib.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
16
bizim.media

10Sources