EN

“Neftçi” Estoniya klubunu məğlub etdi

"Neftçi" basketbol klubu bu gün FİBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununa çıxıb.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" qrup mərhələsinin ikinci turu çərçivəsində Bakıda Estoniyanın "Kalev" kollektivini qəbul ediblər.

Bakı İdman Sarayında baş tutan matç 95:84 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb.

Xatırladaq ki, "Neftçi" qrupun ilk matçında Polşada "Trefl"ə uduzub. Bu qrupda yer alan digər təmsilçimiz "Abşeron Lions" sabah Bakıda "Trefl"lə qarşılaşacaq

saytlarin hazirlanmasi

Chosen
15
1
sportal.az

3Sources