"Neftçi" basketbol klubu bu gün FİBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar" qrup mərhələsinin ikinci turu çərçivəsində Bakıda Estoniyanın "Kalev" kollektivini qəbul edib.
Bakı İdman Sarayında baş tutan matç 95:84 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb.
Xatırladaq ki, "Neftçi" qrupun ilk matçında Polşada "Trefl"ə uduzub. Bu qrupda yer alan digər təmsilçimiz "Abşeron Lions" sabah Bakıda "Trefl"lə qarşılaşacaq
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta