EN

Erməni kilsəsində inqilab: II Qaregini o əvəzləyəcək

BAKI, 22 oktyabr. TELEQRAF

Bütün ermənilərin katolikosu II Qaregini oktyabrın 21-də kilsədən qovulan Aram Asatryan əvəzləyə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

Nəşr onun Ermənistan Baş naziri Nikol Paşinyanın namizəd olduğunu istisna etməyib.

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından bildirilib ki, katolikosla bağlı məsələ bu ay həll olunacaq. Kampaniyanın birinci mərhələsi Hovhanavankda planlaşdırılır. Onlar oktyabrın 26-da toplaşaraq kilsədən uzaqlaşdırlan keşiş Aramı dəstəkləyəcəklər. Hakim partiyanın üzvlərinə görə, bu, Nikolun planıdır”, - mənbə vurğulayıb.

Keşiş Aram Asatryan dünən Erməni Apostol Kilsəsindən uzaqlaşdırılıb. Müvafiq sərəncam II Qaregin tərəfindən imzalanıb. Asatryan “erməni kilsəsini və onun rəhbərini ləkələməkdə” ittiham olunub.

Xatırladaq ki, Asatryan bundan əvvəl II Qareginin din adamlarını siyasi müxalifətin mitinqlərində iştiraka məcbur etdiyini açıqlayıb. Keşiş katolikosun gizli şəkildə müxalifətin siyasi fəaliyyətlərində iştirak etdiyini də söyləyib. Məsələ ilə əlaqədar açılan cinayət işi çərçivəsində artıq kilsənin üç yeparxiyasının rəhbəri həbs olunub.

Chosen
162
teleqraf.com

1Sources