Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Extreme Travelers International Congress" (ETIC) klubunun beynəlxalq səyyahları Ermənistanın işğalı illərində Ağdamın dağıdılmış ərazilərinə baş çəkiblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, qonaqlar erməni vandalizmini və şəhərdə aparılan bərpa işlərini əyani şəkildə görə biliblər.
Qeyd edək ki, səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahlar iki gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.
Nümayəndə heyətinə həmçinin "Most Travelled People" (ABŞ) beynəlxalq səyyahlar şəbəkəsinin təsisçisi Çarlz Veyli də daxildir.
Qarabağ və Şərqi Zəngəzuru 2021-2025-ci illər ərzində 14 müxtəlif beynəlxalq səyyahlar klubu ziyarət edib. Bu qrup sayca 15-cidir.
*** 11:14
ETIC ("Extreme Traveler International Congress") klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünyamiqyaslı beynəlxalq səyahətçilər Ağdam şəhərinə gəliblər və Cümə məscidini ziyarət ediblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gələn xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.