EN

Beynəlxalq səyyahlar Ağdamdakı dağıntılarla tanış olublar

"Extreme Travelers International Congress" (ETIC) klubunun beynəlxalq səyyahları Ermənistanın işğalı illərində Ağdamın dağıdılmış ərazilərinə baş çəkiblər.

Far.Az report-a istinadən xəbər verir ki, qonaqlar erməni vandalizmini və şəhərdə aparılan bərpa işlərini əyani şəkildə görə biliblər.

Qeyd edək ki, səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahlar iki gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.

Nümayəndə heyətinə həmçinin "Most Travelled People" (ABŞ) beynəlxalq səyyahlar şəbəkəsinin təsisçisi Çarlz Veyli də daxildir.

Qarabağ və Şərqi Zəngəzuru 2021-2025-ci illər ərzində 14 müxtəlif beynəlxalq səyyahlar klubu ziyarət edib. Bu qrup sayca 15-cidir.

*** 11:14

ETIC ("Extreme Traveler International Congress") klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünyamiqyaslı beynəlxalq səyahətçilər Ağdam şəhərinə gəliblər və Cümə məscidini ziyarət ediblər.

Far.Az report-a istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gələn xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

Chosen
38
1
far.az

4Sources