EN

Uşaqlar balaca, problemlər böyük... Avtobus qiymətləri valideynlərin xərclərini artırır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər şəhərdə avtobus qiymətlərinin artması valideynlərin narazılığına səbəb olub. Xüsusilə, məktəb yaşlı uşaqlarını avtobusla məktəbə göndərən valideynlər ikiqat xərclə üzləşir. Məsələ belədir ki, uşaqlar balaca olduqları üçün təkbaşına məktəbə gedib-gələ edə bilmirlər, valideynlərin müşayiəti vacibdir. Nəticədə bir uşaq üçün həm öz biletini, həm də uşağın biletini ödəməli olurlar. Bu da gündəlik xərcləri ikiqat artırır.

Valideynlər bildirir ki, qiymət artımı ailə büdcəsinə ciddi təsir göstərir. Bir çoxu deyir: “Uşağın məktəbə getməsi bizim üçün artıq əlavə xərclər deməkdir. Hər gün bu məsrəf ailə üçün yükdür.”

Şəhər avtobus idarəsindən bildirilib ki, qiymət artımı yanacaq, texniki xidmət və digər xərclərin bahalaşması ilə bağlıdır. Lakin valideynlər hesab edir ki, uşaqların və onları müşayiət edən valideynlərin xərcləri nəzərə alınmalıdır.

Məsələ ictimai nəqliyyatda uşaq və valideyn dostu siyasətə ehtiyac olduğunu göstərir. Uşaqlar üçün güzəştlərin artırılması və ya valideynlərlə birlikdə səyahət edən kiçik sərnişinlər üçün əlavə dəstəyin təmin edilməsi bir çox ailənin yükünü yüngülləşdirə bilər.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
50
icma.az

1Sources