EN

“Putin-Tramp görüşünün tarixi hələ bilinmir” – Peskov

Rusiya prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə onun amerikalı həmkarı Donald Tramp arasında görüşün tarixi hələ müəyyən edilməyib.

Busaat.az bu barədə “TASS”-a istinadən xəbər verir.

“Görüşün tarixləri müəyyən edilməyib, bu hələ qarşıdadır. Bundan əvvəl diqqətli hazırlıq lazımdır və bu, vaxt tələb edir”, – Kreml sözçüsü sammitə hazırlıqda fasilə ilə bağlı sualı cavablandırarkən deyib.

Daha əvvəl Putinlə mümkün görüşü şərh edən Tramp onun keçirilməsi ilə bağlı hələ qərar verilmədiyini bildirib: “Mən heç vaxt itirmək istəmirəm”,-deyə Amerika lideri bildirib.

Yeganə

 

Chosen
34
busaat.az

1Sources