EN

Netanyahu ABŞ vitse-prezdenti ilə Qəzzanın idarə olunmasını müzakirə edib

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ vitse-prezdenti Ceyms Devid Vens Qəzzanın idarəçiliyi mövzusunda fikir mübadiləsi aparıb.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, Netanyahu bu məsələdə “çox-çox yaxşı ideyalar”ının olduğunu deyib.

"Biz Qəzzanı kimin idarə edəcəyini, təhlükəsizliyi kimin təmin edəcəyini müzakirə etdik və bəzi çox-çox yaxşı ideyalar var. Bu asan olmayacaq, amma düşünürəm ki, mümkündür”, - Netanyahu bildirib.

Türkiyə hərbi birləşmələrinin Qəzzada yerləşdirilmə ehtimalı haqqında suala cavab verən Netanyahu, İsrailin bu mövzuda tək qərar verməyəcəyini bəyan edib .

“Mənim bu məsələdə çox qətiyyətli fikirlərim var”, - Netanyahu vurğulayıb.

ABŞ vitse-prezidenti Qəzzadakı sülh razılaşmasının düzgün şəkildə icra olunacağı təqdirdə, dünyadakl bütün sülh razılaşmaları üçün bir model olacağını deyib.

Chosen
27
11
apa.az

10Sources