EN

İradə Axundova: “Ana südü ilə vərəm heç vaxt uşağa keçmir”

“Vərəm xəstəliyi olan qadın dünyaya gətirdiyi uşağı heç də öz xəstəliyinə yoluxdura bilmir. Əsas odur ki, sağlam doğulan uşaq xəstə olan anadan yoluxmasın, bunun da infeksiyon nəzarət qaydaları var”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.

O qeyd edib ki, vərəm xəstəsi olan qadın tam sağlam uşaq dünyaya gətirə bilir:

“Biz öyrədirik ki, əgər ana stasionardasa və hələ müalicə alırsa, uşaq ailəsinə tapşırılır. Əgər ana əmizdirirsə, mütləq infeksiyon qaydalarına görə maska taxmalı və sinəsini təmiz saxlamalıdır. Ana südü ilə vərəm heç vaxt uşağa keçmir. Yəni vərəm xəstəsi olan qadın tam sağlam uşaq dünyaya gətirə bilir”.

Chosen
30
cebheinfo.az

1Sources