EN

"Mingəçevir"lə oyuna 1 xal yox, qələbə üçün çıxacağıq" - İlkin Qırtımov

1-ci Liqanın 6-cı turunda "Zaqatala" "Mingəçevir"i qəbul edəcək. Ötən tur iddialı "Səbail"ə 84-cü dəqiqədə qol buraxaraq uduzan "Zaqatala"nın təcrübəli müdafiəçisi İlkin Qırtımovla əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini, hansı nəticə uğrunda mübarizə aparacaqlarını soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Mingeçevir" yaxşı komandadır. Rəqibin yaxşı heyəti, keyfiyyətli hücum xətti var. Amma "Mingəçevir"lə oyuna 1 xal yox, qələbə üçün çıxacağıq. Biz bütün oyunlarda 3 xal qazanmağı hədəfləyirik".

Qeyd edək ki, "Zaqatala" - "Mingəçevir" oyunu oktyabrın 23-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.

Nihat 

Chosen
34
fanat.az

1Sources