EN

Paytaxt havasında dəm qazı və toz hissəciklərinin miqdarı normanı ötüb

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Bizim.Media Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıda dispers toz hissəcikləri 1.2 dəfə, dəm qazı isə 1.3 dəfə normadan yüksək olub.

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar həm lokal, həm transsərhəd xarakterlidir və yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

Bizim.Media
 

Chosen
451
48
bizim.media

10Sources