Bakı. Trend:
ABŞ-nin elektrik avtomobil istehsalçısı Tesla, batareyapaketininin komponentindəki problem səbəbindən təxminən 13 minavtomobilini geri çağıracağını açıqlayıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, şirkətin müəyyən 2025 Model 3 və2026 Model Y avtomobilləri geri çağırılacaq. Belə ki, nasazlıqhalında avtomobillər güc itirə bilər ki, bu da qəza riskiyaradır.
Geri çağırılacaq avtomobillərin sayı 12 963 olaraqbildirilir.
Tesla problemli komponenti pulsuz olaraq dəyişdirəcək.Aavtomobil sahiblərinə bildiriş məktublarının 9 dekabr tarixindəgöndərilməsi planlaşdırılır.