ABŞ-nin elektrik avtomobil istehsalçısı "Tesla" 12 963 avtomobilini geri çağıracaq.
Publika.az xəbər verir ki, bu addımın atılmasına batareya paketininin komponentindəki problem səbəb olub.
Şirkətin 2025 Model 3 və 2026 Model Y avtomobilləri geri çağırılacaq. Bu barədə bildiriş məktubları avtomobil sahiblərinə 9 dekabr tarixində göndəriləcək.
Nasazlıq halında avtomobillər güc itirə və qəzaya riski yarana bilər. "Tesla" problemli komponenti pulsuz olaraq dəyişdirəcək.