EN

Ukrayna ordusu bu ərazini azad etdi

Ukrayna Silahlı Qüvvələrinin hava desant-hücum qoşunları Dobropil istiqamətində Kuçeriv Yar qəsəbəsini azad edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Müdafiə Nazirliyi Telegram -da məlumat yayıb və müvafiq video yayımlayıb.

“Hava-desant-hücum qoşunlarının bölmələri, xüsusən də HHQ-nin 132-ci Əlahiddə Kəşfiyyat Batalyonu Dobropil istiqamətində Kuçeriv Yar yaşayış məntəqəsini azad edib”, - məlumatda deyilir.

Əməliyyat zamanı 50-dən çox rus əsgərinin əsir götürüldüyü qeyd edilir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
102
50
turkustan.az

10Sources