EN

Bakıxanov qəsəbəsində zəncirvari qəza olub - FOTO

Paytaxtın Bakıxanov qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Hyundai iX35", "BMW X5" və "Ford" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "Ford" markalı nəqliyyat vasitəsi aşıb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Qəzanın səbəbləri araşdırılır.

FOTO QALEREYA
Chosen
68
5
avtosfer.az

10Sources