AZ

Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami və Puşkin küçələrinin kəsişməsində qeydə alınıb.

"Nissan Tida" markalı nəqliyyat vasitəsi motosikletlə kuryer fəaliyyəti göstərən şəxsi vurub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub, müxtəlif dərəcəli xəsarətlər alan kuryer xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
52
6
far.az

10Mənbələr