EN

"Qarabağ"ın bizə qol vurmasını sakit qarşıladım, çünki..." -Ernesto Valverde

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbaoda "Qarabağ"ı 3:1 hesabı ilə məğlub edən “Atletik”in baş məşqçisi Ernesto Valverde oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, İspaniya komandasının baş məşqçisi belə danışıb:

“Onların bizə qol vurmasını sakit qarşıladım, çünki qarşıda çox vaxt var idi. Hiss etdim ki, oyuna həyəcanlı başladıq. Sanki birinci qoldan əvvəl ikincini vurmaq istəyirdik. Amma sonradan ağıllı oynadıq və sürəti artırdıq. Bunun nəticəsində qollar vurmağa başladıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Yüksək tempi saxlamaq o qədər də qədər asan olmadı. Biz daha çox topa sahib olmaq istəyirdiksə, rəqib buna mane olmağa çalışırdı”.

 

Chosen
27
8
fanat.az

10Sources