“Biz daha çox topa sahib olmaq istəyirdik və rəqib buna mane olmağa çalışırdı".

Offsideplus.az xəbər verir ki, bunu "Atletik"in baş məşqçisi Ernesto Valverde "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun qarşılaşmasından sonra  mətbuat konfransında deyib. 

Mütəxəssis qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:

"Rəqib qol vuranda bunu sakit qarşıladım. Bilirdim ki, qarşıda vaxt çoxdur. Qarşılaşmaya həyəcanlı başladıq. Birinci qoldan əvvəl ikincini vurmaq istəyirdik. Ancaq sonradan ağıllı oynadıq və sürəti artırdıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Yüksək tempi saxlamaq asan olmadı”.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu İspaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.