EN

ABŞ Senatı hökumətin maliyyələşməsi haqqında qanun layihəsini yenə rədd etdi

BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ Konqresinin Senatı 22 oktyabr tarixində Respublikaçıların təqdim etdiyi federal hökumətin maliyyələşdirilməsi üzrə qanun layihəsini 12-ci dəfə rədd edib.

Teleqraf xəbər verir ki, sessiyanın canlı yayımı C-SPAN kanalında aparılıb.

Qanun layihəsi hazırda qismən fəaliyyətini dayandırmış hökumətin işini maliyyələşdirməyi nəzərdə tuturdu.

Prosedur səsvermə zamanı Respublikaçılar tərəfindən hazırlanmış və daha əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiqlənmiş sənədi 54 senator dəstəkləyib, 46 senator isə əleyhinə səs verib. Qanun layihəsinin qəbul olunması üçün isə ən azı 60 səs tələb olunur.

Chosen
88
teleqraf.com

1Sources