SOCAR-ın rəhbər heyətində yenidən kadr dəyişikliyi gözlənilir. Qurumda yeni vitse-prezident təyinatı ola bilər.
Editor.az azfakt.com-a istinadən xəbər verir ki, SOCAR-ın ən böyük idarələrindən biri olan “SOCAR Midstream Operations” MMC-nin baş direktoru Fərhan Əliyevin vitse-prezident vəzifəsinə təyinat alacağı gözlənilir.
Qeyd edək ki, Fərhan Əliyev 2008-2016-cı illərdə BP-də, 2016-2024 cü illərdə isə Elm və Təhsil Nazirliyində Əsaslı Tikinti və Təchizat İdarəsində direktor müavini vəzifəsində çalışıb. 2024- cü ildə Fərhad Əliyev SOCAR-ın ən böyük idarələrindən biri olan “SOCAR Midstream Operations” MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.
Məlumata görə Fərhan Əliyev İqsadiyyat naziri Mikayıl Cabbarovun ən yaxın və etibarlı kadrlarından biri sayılır.
//Azfakt.com