ABŞ ordusu daha bir gəmini bombaladı
                    
                         
ABŞ ordusu daha bir narkotik daşıdığı deyilən gəmiyə zərbə endirib.
aia.az-ın məlumatına görə, bu barədə müdafiə katibi Pit Heqset sosial mediada açıqlayıb.
Son bir neçə ayda sayca 8-ci olan bu zərbə gecə saatlarında Sakit okeanın şərqində baş verib. Əvvəlki yeddi hücum Karib dənizində gerçəkləşdirilib. Hadisədə iki nəfər ölüb.
aia.az 
 
 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
