EN

Metropoliten əməkdaşları maaşlarını NƏ ZAMAN ALACAQ?

Məsələ ilə bağlı Ajans.az Bakı Metropoliteni QSC-ə sorğu ünvanlayıb.  Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsindən bizə bildirildi ki,  “Bakı Metropoliteni” QSC-də əməkhaqqı ödənişlərin icrası əmək müqavilələrinin şərtlərinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə təmin olunur. “Bakı Metropoliteni” QSC tərəfindən cari ilin yanvarın 1-dən etibarən müvafiq tədbirlər həyata keçirilmiş, minimum əməkhaqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların əməkhaqqına tətbiq edilmişdir. Hazırda Bakı Metropolitenində əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əmək haqqı öhdəliyi yoxdur.

Qeyd edilib ki, əməkhaqqı artımları Bakı Metropoliteninin təsdiq edilmiş büdcəsi, gəlir və xərclər nəzərə alınmaqla, korporativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər.

Chosen
107
5
Ajans.az

10Sources