EN

Qazaxıstanda dəhşətli qəza: 12 nəfər öldü

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Aktöbe vilayətindəki yolda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib, 12 nəfər ölüb.

Hafta.az xəbər verir ki, regionun Polis Departamentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, faciə Belkopa kəndi yaxınlığında Samara-Şımkent avtomobil yolunda baş verib. DAF yük maşını və "QAZel" markalı mikroavtobus toqquşub. İlkin məlumatlara görə, yük maşını qarşı hərəkət zolağına çıxıb.

"Qəza nəticəsində hadisə yerində hər iki sürücü və "QAZel"in 10 sərnişini həlak olub, beş nəfər tibb müəssisəsinə çatdırılıb", - deyə polis məlumat verib.

Qəza ilə bağlı araşdırma başladılıb. /tengrinews.kz/

Chosen
58
1
hafta.az

2Sources