Qazaxıstanda dəhşətli qəza: 12 nəfər öldü
Ajans.az xəbər verir ki, bu barədə tengrinews.kz regionun Polis Departamentinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Faciə Belkopa kəndi yaxınlığında Samara-Şımkent avtomobil yolunda baş verib. DAF yük maşını və "QAZel" markalı mikroavtobus toqquşub. İlkin məlumatlara görə, yük maşını qarşı hərəkət zolağına çıxıb. "Qəza nəticəsində hadisə yerində hər iki sürücü və "QAZel"in 10 sərnişini həlak olub, beş nəfər tibb müəssisəsinə çatdırılıb", - deyə polis məlumat verib. Qəza ilə bağlı araşdırma başladılıb. 