EN

Bakıda tələbənin dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil - Səhiyyə Nazirliyi

Bakı. Trend:

Sosial şəbəkələrdə “Anadolu Universitetinin Bakı filialındatəhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinəyoluxması” ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

"Qeyd edirik ki, Azərbaycanda son 30 il ərzində insanlararasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda ölkə ərazisindəbu xəstəliklə bağlı insanlar arasında yoluxma faktıaşkarlanmayıb.

Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələrtərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər.
Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki,ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi vədəqiqləşdirilmiş məlumatları yayımlasınlar",- deyə Nazirlikdən qeydedilib.

Məqalədə:
Chosen
68
37
az.trend.az

10Sources