EN

Dünyada ilk :Hepatit B üçün test hazırlanıb

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Hepatit B-nin diaqnostikası üçün dünyada ilk sürətli test yaradlıb. 

Onun həssaslığı PCR ilə müqayisə edilə bilər. 

“Cebheinfo.az” xəbər veriri ki,  bu barədə jurnalistlərə Rospotrebnadzorun mətbuat xidmətindən bildirilib.

"Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun alimləri dövrə vasitəçiliyi ilə izotermik gücləndirmə (LAMP) əsasında viral hepatit B-nin diaqnostikası üçün dünyada ilk sürətli testi artıq qeydə alıblar. 

Yeni test həssaslıq baxımından PCR ilə müqayisə oluna bilər, lakin virusun varlığını ənənəvi diaqnostik metodlarla müqayisədə cəmi 25-30 dəqiqə ərzində aşkar edə bilir.

Test xəstənin tez müəyyən edilməsi, müalicənin başlanması və epidemiya əleyhinə tədbirlər üçün mühüm əhəmiyyət kəsb edən hepatit B-nin tez və dəqiq diaqnozuna kömək edir.

Hepatit B sirroz və xərçəng də daxil olmaqla, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilən yoluxucu xəstəlikdir. İnfeksiya qan və digər bioloji mayelər vasitəsilə ötürülür və uşaqlar və immuniteti zəif olan insanlar xüsusilə həssasdırlar.

Xəzər

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
cebheinfo.az

2Sources