FÜZULİ, 23 oktyabr. TELEQRAF
Beynəlxalq səyahətçilərin Füzuli rayonuna səfəri başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səyahətçilər Füzuli rayonunHoradiz qəsəbəsinə gəliblər.
Onlar qəsəbə ərazilərində ANAMA-nınminatəmizləmə işləri ilə tanış olublar.
Daha sonra səyahətçilər aşkar edilən və daşınması mümkün olmayan minanın partlayış üsulu ilə zərərsizləşdirməsi prosesini izləyəcəklər.
Bununla Beynəlxalq səyahətçilərin Qarabağa təşkil edilmiş 2 günlük səfəri başa çatacaq