EN

SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılıb

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar gələn il üzrə 600 milyon manat proqnozlaşdırılıb.

APA-Economics” xəbər verir ki, bu göstərici 2025-ci ilin proqnozu ilə müqayisədə 12,2 milyon manat və ya 2 faiz az, lakin 2024-cü ilin faktiki icrası ilə müqayisədə 22,2 milyon manat və ya 3,8 faiz çox olacaq.

Məlumata görə, 2025-ci illə müqayisədə azalmaya əsas səbəb Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) gözlənilən dividend ödənişlərinin 12 milyon manat və ya 2,6 faiz azalaraq 450 milyon manat səviyyəsində nəzərdə tutulması ilə bağlıdır.

Chosen
94
3
apa.az

4Sources