525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Birləşmiş Hərbi-Dəniz Qüvvələrinin tərkibində xidmət keçən Pakistan Dəniz Qüvvələrinə məxsus hərbi gəmi Ərəb dənizində 2 yelkənli qayığı saxlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, axtarış zamanı qayıqlarda külli miqdarda narkotik maddə aşkarlanıb.
2 tona yaxın metamfetamin və 50 kq kokain müsadirə olunub. İlkin hesablamalara görə narkotik vasitələrin qara bazarda qiyməti 972 milyon dollardır.
Səudiyyə Ərəbistanı Hərbi-Dəniz Qüvvələrinin rəhbəri Fəhad Əl-Coiad əməliyyatı Birləşmiş Hərbi-Dəniz Qüvvələri tarixində ən uğurlu əməliyyat adlandırıb.
Qeyd edək ki, 3 milyon kv.mil ərazini nəzarətdə saxlayan Birləşmiş Hərbi-Dəniz Qüvvələrinə 47 dövlətin hərbi kontingenti daxildir. Məqsəd bölgədə narkotik və silah daşınmasının qarşısını almaqdır.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.