EN

"Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasının möhkəm təminatıdır" - DEPUTAT

"Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasının möhkəm təminatıdır" - DEPUTAT"Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasının, dövlət və cəmiyyət münasibətlərinin tənzimlənməsinin əsas hüquqi bazasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən bu ali qanun, Azərbaycan xalqının müstəqillik, demokratiya və hüquqi dövlət quruculuğu yolundakı iradəsini ifadə edir".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

"Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasının möhkəm təminatıdır" - DEPUTATO, açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ombudsman Aparatı, QHT-lər və universitetlər birgə şəkildə vətəndaşların hüquqi savadlılığının artırılması məqsədilə seminarlar, təlimlər və maarifləndirici kampaniyalar həyata keçirir:

"Konstitusiyanın "İnsan və vətəndaşın əsas hüquq və azadlıqları" bölməsi hər bir vətəndaşın bərabər hüquqlara malik olmasını, söz, vicdan, toplaşma, mülkiyyət və seçki azadlıqlarını təmin edir. Burada bərabərlik prinsipi təsbit edilir, "bütün insanlar qanun və məhkəmə qarşısında bərabərdirlər". Bu müddəa demokratik cəmiyyətin və hüquqi dövlətin formalaşmasında əsas təməl daşıdır.
Bu il Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyidir. Bu yubiley təkcə hüquqi sənədin yaşı deyil, həm də Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələnin rəmzidir. Otuz il ərzində Konstitusiya ölkəmizin siyasi, iqtisadi və sosial inkişafının, hüquqi islahatların və insan hüquqlarının qorunmasının möhkəm təminatına çevrilib. Bu əlamətdar hadisə həm də dövlətimizin müstəqillik dövründə keçdiyi inkişaf yoluna və demokratik ənənələrin dərinləşməsinə bir hörmət nişanəsidir.
Ölkəmizdə vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, eləcə də sosial-siyasi fəallığının artırılması üçün hansı addımların atıldığına gəldikdə isə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ombudsman Aparatı, QHT-lər və universitetlər birgə şəkildə vətəndaşların hüquqi savadlılığının artırılması məqsədilə seminarlar, təlimlər və maarifləndirici kampaniyalar həyata keçirir. Gənclərin siyasi savadlılığının artırılması istiqamətində ali təhsil müəssisələrində "Vətəndaşlıq və hüquq", "Konstitusiya hüququ", "İnsan hüquqları" fənlərinin tədrisi genişləndirilib.
"ASAN xidmət" və "myGov" platformaları vasitəsilə vətəndaşların hüquqlardan istifadəsi asanlaşdırılıb, dövlət orqanlarının fəaliyyəti şəffaf və hesabatlı hala gətirilib. "E-ədliyyə" və "E-məhkəmə" sistemləri hüquqi xidmətlərin əlçatanlığını artırmaqla vətəndaşların öz hüquqlarını daha rahat müdafiə etməsinə imkan yaradır".

Vüsalə İbrahimli


P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusuna uyğun olaraq dərc edilir.

"Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasının möhkəm təminatıdır" - DEPUTAT

Chosen
34
sonxeber.az

1Sources