AzÉ™rbaycan Respublikasının Qeyri-HökumÉ™t Təşkilatlarına DövlÉ™t DÉ™stÉ™yi Agentliyi 2026-cı il üzrÉ™ kiçik, orta vÉ™ böyük qrant müsabiqÉ™lÉ™ri vÉ™ Agentliyin bp ilÉ™ birgÉ™ elan etdiyi kiçik, orta vÉ™ böyük qrant müsabiqÉ™lÉ™rinÉ™ QHT-lÉ™rdÉ™n layihÉ™lÉ™rin qÉ™bulu 2025-ci il oktyabrın 22-dÉ™ baÅŸa çatıb.Â
Vətəninfo.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, elan edilmiş müsabiqələr üzrə ümumilikdə, 980 QHT müvafiq elektron sistem üzrə sənədlərini yerləşdirməyə başlayıb, lakin onlardan 759-u proseduru sona qədər uğurla tamamlayaraq layihələrini sistemə yükləyiblər.
 Daxil olmuş 759 QHT layihəsindən 695-i Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri üzrədir:
 Böyük qrant: 64
 Orta qrant: 152
 Kiçik qrant: 479
 Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə isə 64 QHT layihəsi daxil olub:
 Böyük qrant: 11
 Orta qrant: 18
 Kiçik qrant: 35
 QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin texniki seleksiyasına başlanılıb. Ekspertiza mərhələsindən sonra layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.
Â
 
                        