Sea Breeze
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri və Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə QHT-lərdən layihələrin qəbulu 2025-ci il oktyabrın 22-də başa çatıb.Agentlikdən verilən məlumata görə, elan edilmiş müsabiqələr üzrə ümumilikdə, 980 QHT müvafiq elektron sistem üzrə sənədlərini yerləşdirməyə başlayıb, lakin onlardan 759-u proseduru sona qədər uğurla tamamlayaraq layihələrini sistemə yükləyib.Daxil olmuş 759 QHT layihəsindən 695-i Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri üzrədir:Böyük qrant: 64Orta qrant: 152Kiçik qrant: 479Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə isə 64 QHT layihəsi daxil olub:Böyük qrant: 11Orta qrant: 18Kiçik qrant: 35QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin texniki seleksiyasına başlanılıb.Ekspertiza mərhələsindən sonra layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX