EN

Zelenski: "Ukrayna özünün uzaqmənzilli silahlarından istifadə edə bilər"

AzVision.az xəbər verir ki, o, bu barədə Brüsseldə Avropa Şurasında çıxışı zamanı bildirib.

"The Wall Street Journal" nəşrində ABŞ-nin uzaqmənzilli silahların istifadəsinə dair bütün məhdudiyyətlərin aradan qaldırıldığını iddia edən məlumatı şərh edən Zelenski qeyd edib ki, Ukrayna 150-3000 kilometr məsafədəki hədəfləri vura bilən öz uzaqmənzilli silahlarından istifadə edə bilər.

O, Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün Amerikanın uzaqmənzilli sistemlərindən istifadə etmədiyini qeyd edib və ABŞ-nin Kiyevi "Tomahawk" raketləri ilə təmin edəcəyinə şübhə etdiyini bildirib.

"Biz belə uzaqlıqdakı hədəfləri vura biləcək müxtəlif növ silahlardan istifadə etmişik, lakin yalnız döyüş əməliyyatlarının aparıldığı ərazilərə zərbə endirmişik", - Ukrayna Prezidenti əlavə edib.

AzVision.az

Chosen
6
5
azvision.az

6Sources