AZ

Ukrayna özünün uzaqmənzilli silahlarından istifadə edə bilər - Zelenski

Ajans.az xəbər verir ki, o, bu barədə Brüsseldə Avropa Şurasında çıxışı zamanı bildirib. "The Wall Street Journal" nəşrində ABŞ-nin uzaqmənzilli silahların istifadəsinə dair bütün məhdudiyyətlərin aradan qaldırıldığını iddia edən məlumatı şərh edən Zelenski qeyd edib ki, Ukrayna 150-3000 kilometr məsafədəki hədəfləri vura bilən öz uzaqmənzilli silahlarından istifadə edə bilər. O, Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün Amerikanın uzaqmənzilli sistemlərindən istifadə etmədiyini qeyd edib və ABŞ-nin Kiyevi "Tomahawk" raketləri ilə təmin edəcəyinə şübhə etdiyini bildirib.

"Biz belə uzaqlıqdakı hədəfləri vura biləcək müxtəlif növ silahlardan istifadə etmişik, lakin yalnız döyüş əməliyyatlarının aparıldığı ərazilərə zərbə endirmişik", - Ukrayna Prezidenti əlavə edib.

Seçilən
9
5
Ajans.az

6Mənbələr