Bakıda şadlıq evində ölüm hadisəsi olub.
Paralel.az Bizim.Media ya istinadən xəbər verir ki  hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsindəki şadlıq evlərindən birində qeydə alınıb.
Burada ofisiant işləyən 20 yaşlı Nurlan Abuzər oğlu Əliyevin meyiti tapılıb.
Gəncin hansı səbəbdən öldüyü məlum deyil.
Hazırda araşdırma aparılır. (lent.az)
 
                        