Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xəstə baxıcısı döyülüb.
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
İddiaya görə, xəstə baxıcısı xəstəxananın direktoru Həsən Hüseynov tərəfindən xüsusi amansızlıqla döyülüb.
Qadın məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı cinayət işinin başlandığı deyilir.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, vətəndaş Xalidə Əliniyaz qızı Cümşüdovanın iş yerində təzyiqə və hədə-qorxuya məruz qalması, döyülməsi, həmçinin qanunsuz və əsassız olaraq işdən azad olunması barədə 2024 və 2025-ci illər ərzində quruma daxil olmuş müraciətləri əsasında müvafiq araşdırmalar aparılıb.
 
                        