Moskva “Dinamo”sunun azərbaycanlı futbolçusu Ülvi Babayev “Krılya Sovetov”la görüşdə het-trik edib.
Publika.az xəbər verir ki, “Dinamo”nun cinah oyunçusu Rusiya Kuboku oyununun 22, 71 və 78-ci dəqiqələrində qol vurub. Onun vurduğu ilk qol baxımlı alınıb.
Babayev peşəkar karyerasında ilk dəfə bir oyunda üç qol vurub. Buna qədər isə o, 2025-ci ildə yalnız bir qol vurmuşdu.
Ülvi “Dinamo”nun yetirməsdiir. 2014-cü ildən klubun akademiyasında təhsil alıb.