- Rusiya 18-ci sanksiyalar paketinin şokundan ayılmamış 19-cu sanksiyalar paketi ortaya çıxdı;
- ABŞ-də hökumətin şatdaun (shutdown) məsələsi də, ABŞ-də baş verən son hadisələr də əslində Trump administrasiyasına ciddi bir mesajdır;
- Trump üçün (elə ABŞ-nin və qlobal iqtisadiyyatın özü üçün də) ən riskli məsələlərdən biri FED ilə qarşıdurma və FED-ə təzyiq göstərmək istəyidir;
- Bir çox ölkələr səssizcə, heç bir məsələyə reaksiya vermədən (Çin Rusiyadan neft alışlarını dayandırır, Hindistanın da bunu edəcəyi ehtimalı yüksəkdir, bir çox qabaqcıl neft ölkələri, Aİ, Yaponiya, Cənubi Koreya daxil) bir çox ölkələr ciddi hazırlıqlar içərisindədirlər;
- 2026-cı ildə iqtisadi problemlər, çağırışlar, təhlillər, gözləntilər və bir çox risklər üzə çıxacaq və əsas gündəm maddələri olacaq. ABŞ iqtisadiyyatında üzə çıxan çağırış və risklər qlobal iqtisadiyyata və ayrı-ayrı ölkələrin iqtisadiyyatlarına birbaşa və dolayı təsirlər göstərəcək;
- iqtisadi daralma dövrlərinə qədəm qoyan ölkələr psixoloji təzyiq, yanlış reseptlər tətbiqi, problemlərin həlli deyil, dondurulması, həmin problemləri bəzən məcburiyyətdən, bəzən bilərək, bəzən də bilməyərək dərinləşdirmək yollarını seçməklə vəziyyəti daha da gərginləşdirib iqtisadi risklərini artıracaq. İqtisadi genişlənmə və böyümə fazasına daxil olmuş öllkələrdə isə bu böyümə sabit şəkildə davam edəcək! Nəticədə, 2026-cı il ölkələr arasında iqtisadi inkişaf sürətlərində fərqlərin daha da artması ilə ölkələr arasındakı uçurum daha da dərinləşəcək;
- İki ən böyük dövlət, ABŞ və Çin`in isə iqtisadi çağırışları artmaqda davam edəcək. Ona görə bu ölkələr maksimum şəkildə böhranların ortaya çıxıb dərinləşməməsi üçün bir-birlərinə qarşı sərt ritorikanı zaman-zaman saxlasalar da, tədricən azaltmağa çalışacaqlar!
Elman Sadıqov
İqtisadçı ekspert