RU

Tramp əvvəl-axır ABŞ- nin əvvəlki siyasətinə qayıdacaq- ÖZƏL

- ABŞ Prezidentinin Rusiya Prezidenti ilə görüşdən imtina etməsi və əksinə, Rusiyanın ən böyük neft şirkətlərinə sanksiyalar tətbiqi təəccüblü və gözlənilməz deyil. Trump Rusiya-Ukrayna müharibəsinin onun vaxtı və enerjisini, ən əsası isə imicini tükətdiyini görməkdədir. Hələ Zelenski ilə ilk görüşündən sonra dediyim kimi: "Rusiya-Ukrayna müharibəsi istənilən ölkənin Prezidentini aşan məsələdir. Trump əvvəl-axır ABŞ-nin öncəki siyasətinə qayıdacaq." Burada önəmli bir məsələ də budur ki, Trump Putinlə görüşlə bağlı son qərarını özü versə də, artıq Rusiya məsələsində, xüsusilə Ukraynaya yardım, silah satışı məsələsində tam müstəqil deyil. Konqres məsələdə Pentaqonun 2026-cı ilin büdcəsini təsdiqləyərkən qanun layihəsi çərçivəsində təşəbbüsü əlinə aldı və Trumpın bu məsələdə manevr imkanlarını daraltdı. Pentaqon da artıq Trumpın istəklərinə uyğun olaraq istədiyi zaman Ukraynaya silah və yardım tədarükünü kəsə bilməyəcək; 

- Rusiya 18-ci sanksiyalar paketinin şokundan ayılmamış 19-cu sanksiyalar paketi ortaya çıxdı;

- ABŞ-də hökumətin şatdaun (shutdown) məsələsi də, ABŞ-də baş verən son hadisələr də əslində Trump administrasiyasına ciddi bir mesajdır;

- Trump üçün (elə ABŞ-nin və qlobal iqtisadiyyatın özü üçün də) ən riskli məsələlərdən biri FED ilə qarşıdurma və FED-ə təzyiq göstərmək istəyidir;

- Bir çox ölkələr səssizcə, heç bir məsələyə reaksiya vermədən (Çin Rusiyadan neft alışlarını dayandırır, Hindistanın da bunu edəcəyi ehtimalı yüksəkdir, bir çox qabaqcıl neft ölkələri, Aİ, Yaponiya, Cənubi Koreya daxil) bir çox ölkələr ciddi hazırlıqlar içərisindədirlər;

- 2026-cı ildə iqtisadi problemlər, çağırışlar, təhlillər, gözləntilər və bir çox risklər üzə çıxacaq və əsas gündəm maddələri olacaq. ABŞ iqtisadiyyatında üzə çıxan çağırış və risklər qlobal iqtisadiyyata və ayrı-ayrı ölkələrin iqtisadiyyatlarına birbaşa və dolayı təsirlər göstərəcək;

- iqtisadi daralma dövrlərinə qədəm qoyan ölkələr psixoloji təzyiq, yanlış reseptlər tətbiqi, problemlərin həlli deyil, dondurulması, həmin problemləri bəzən məcburiyyətdən, bəzən bilərək, bəzən də bilməyərək dərinləşdirmək yollarını seçməklə vəziyyəti daha da gərginləşdirib iqtisadi risklərini artıracaq. İqtisadi genişlənmə və böyümə fazasına daxil olmuş öllkələrdə isə bu böyümə sabit şəkildə davam edəcək! Nəticədə, 2026-cı il ölkələr arasında iqtisadi inkişaf sürətlərində fərqlərin daha da artması ilə ölkələr arasındakı uçurum daha da dərinləşəcək;

- İki ən böyük dövlət, ABŞ və Çin`in isə iqtisadi çağırışları artmaqda davam edəcək. Ona görə bu ölkələr maksimum şəkildə böhranların ortaya çıxıb dərinləşməməsi üçün bir-birlərinə qarşı sərt ritorikanı zaman-zaman saxlasalar da, tədricən azaltmağa çalışacaqlar!

Elman Sadıqov

İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
45
olaylar.az

1Источники