EN

“Netflix” Kennedilər haqqında serial çəkəcək

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

“Netflix” tanınmış iş adamı, diplomat və ABŞ-nin 35-ci prezidentinin atası Cozef Patrik Kennedinin həyatından bəhs edən serial çəkəcəyini elan edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.

Məlumata görə, “Kennedi” serialının ilk mövsümü ABŞ-nin Böyük Britaniyadakı səfiri və Qiymətli Kağızlar və Birja Komissiyasının sədri olduğu 1930-cu illərdən bəhs edəcək.

Serialda Cozefin özündən başqa, həyat yoldaşı Rouz və onların oğlu, 1963-cü ildə faciəvi şəkildə qətlə yetirilən gələcək ABŞ prezidenti, gənc Con Kennedi də diqqət mərkəzində olacaq.

Siyasətçinin obrazını “X-Adamlar” və “12 illik köləlik” filmlərindəki rolları ilə məşhur olan Maykl Fassbender canlandıracaq.

Serial Fredrik Loqvollun “Con F. Kennedy: Coming of Age in the American Century, 1917-1956” kitabı əsasında çəkiləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
1
yeniavaz.com

2Sources