Sloveniya UEFA reytinqindÉ™ AzÉ™rbaycana yaxınlaşıb. 
Bizim.Media xÉ™bÉ™r verir ki, bu, avrokuboklarda Liqa mÉ™rhÉ™lÉ™sinin III turunun oyunlarından sonra baÅŸ verib. 
 
Ötən gecə Sloveniya təmsilçisi "Sele" UEFA Konfrans Liqasında İrlandiyanın "Şemrok Rovers" klubunu iki cavabsız qolla məğlub edib. Bu nəticə Sloveniya üçün UEFA reytinqində 21.718 əmsal qazandırıb və ölkəni 26-cı pilləyə yüksəldib.
Hazırda Azərbaycan 22.000 əmsalla 25-ci sıradadır, Serbiya isə 22.375 əmsalla 24-cü yerdədir.
Bu həftə Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"ə 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, UEFA reytinqində İngiltərə 99.005 əmsalla liderdir.
Rəşad Rafiqoğlu, Bizim.Media