EN

Yanvar-sentyabr aylarında Rumıniya ilə ticarət dövriyyəsi 500 milyon dolları üstələyib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 37,5 faiz artaraq 503,8 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Rumıniyaya ixrac: 456,2 milyon dollar (+41 faiz)

Rumıniyadan Azərbaycana idxal: 47,5 milyon dollar (+11,3 faiz)

Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rumıniya ilə ticarətin payı 1,42 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,36 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi

Chosen
73
vergiler.az

1Sources