Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 37,5 faiz artaraq 503,8 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Rumıniyaya ixrac: 456,2 milyon dollar (+41 faiz)
Rumıniyadan Azərbaycana idxal: 47,5 milyon dollar (+11,3 faiz)
Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rumıniya ilə ticarətin payı 1,42 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,36 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi